Haqqımızda
BİZ KİMİK
ECOTEC şirkəti 2021-ci ildə kompyuter texnologiyaları sahəsində ixtisaslaşmış bir qrup yüksək səviyyəli mütəxəssislər tərəfindən, yerli və xarici şirkətlərin İnformasiya və Telekommunikasiya Texnologiyaları sferasında olan tələblərini qarşılamaq məqsədilə yaradılmışdır. Şirkətimiz yarandığı andan etibarən İKT bazarında fərqlənmək və daim yeniliklər tətbiq etməyi əsas hədəf olaraq seçmişdir. “ECOTEC ilə Fərqli Düşün” şüarı ilə fəaliyyət göstərən şirkətimiz qısa zaman ərzində Azərbaycanın İT bazarında öndə gedən şirkətlərdən birinə çevrilərək regionda İT sahəsi üzrə “B2C”, “B2B” və “B2G” istiqamətlərində çoxşaxəli işlər görür. Dəyərli müştəriləri və tərəfdaşları, peşəkar əməkdaşları və düşüncə liderlərindən ibarət qlobal şəbəkə ilə EcoTec dünyanın daha yaxşı işləməsinə və insanların həyatını yaxşılaşdırmağa kömək edir. Şirkətin inteqrasiya olunmuş tətbiqləri, ən müasir texnoloji avadanlıqları və əvəzsiz texniki dəstək komandası biznesin bütün hissələrini rəqəmsal platformada intellektual dəstdə birləşdirir. Müştərilərimzin təxminən 80%-i kiçik və orta şirkətlərdən ibarətdir. ECOTEC-in məqsədi dünyanın daha yaxşı işləməsinə və insanların həyatını yaxşılaşdırmağa kömək etməkdir. ECOTEC-in vizyonu hər bir təşkilatın və hər bir sənayenin ağıllı, davamlı müəssisələr şəbəkəsinə çevrilməsini təmin etməkdir.
Əlaqə
Əlaqə